Region

Niyazi Bayramovun “işıqlar şəhəri”ndəki qaranlıq işləri

Niyazi Bayramovun “işıqlar şəhəri”ndəki qaranlıq işləriMingəçevir respublikamızın önəmli sənaye şəhərlərindən biridir. Hələ Sovet illərindən küçələrinin təmizliyi, şəhərin abadlığı ilə məşhurlaşan Mingəçir indi özünün tənəzzül dövrünü yaşayır. Bir vaxtlar “işıqlar şəhəri” adlandırılan Mingəçevirdə baş verən arzuolunmaz hallarla bağlı Savash.org-a ilginc məlumatlar daxil olub.
Saytımıza daxil olan məlumatda iddia olunur ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov həyata keçirdiyi maxinasiyalar sayəsində kifayət qədər böyük kapitala sahiblənib. Məsələn, bir müddət öncə N.Bayramov icra hakimiyyətinin arxasında yerləşən və tikintisinə 1,97 milyon manat ayrılan “Dostluq” parkının 400 kvadrat metrdən çox ərazisini qanunsuz olaraq sahibkarlara satıb. Satılan ərazidə 30 dan çox çoxillik ağac olub və onların hamısı kəsilib. Həmin əməliyyat çərçivəsində icra başçısının parkın ərazisinin 1 kvadratmetrini 250 manata sataraq 100 min manat qazanc əldə etdiyi də daxil olan məlumatlar içərisindədir.
Məlumatlara görə, Mingəçevir İcra Hakimiyyətinin ötən il həyata keçirdiyi təmir, tikinti, yaşıllaşdırma, yolların təmiri, yeni binaların tikintisi və təmiri, parkların, xiyabanların salınması, təmiri və sair işlərə milyonlarla manat vəsait ayrılıb. Bu vəsaitlərin çoxu N.Bayramov tərəfindən mənimsənilib. Məsələn, yalnız şəhərdəki “Sahil” və Heydər Əliyev adına parkların cari təmiri üçün daxili büdcədən yarım milyondan artıq vəsait ayrılıb və bunun böyük hissəsi mənimsənilib.
Özünə yaxın MMC və müəssisələr vasitəsilə böyük paralar qazanan icra başçısının təmir-tikinti işlərindəki əsas partnyorlarının da adları bəlli olub. Məlumata görə, N.Bayramov böyük məbləğdə dövlət vəsaitlərini yaxınlarına məxsus “Lider Monolit” MMC, “İşıqlandırma” MMC, həmçinin dövlət müəssisələri olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, “Fərdi Yaşayış Sahələrinə Xidmət” İdarəsi vasitəsilə mənimsəyir.
Həmçinin bildirilir ki, Mingəçevirin icra başçısı Kür çayı sahilindəki əraziləri çox baha qiymətə restoranlar, istirahət mərkəzləri və digər obyektlər tikmək istəyən şəxslərə satıb.
İcra başçısının adının hallandığı daha bir yeyinti faktı isə icra hakimiyyətinə ayrılan vəsaitlərin müxtəlif adlarla “silinməsidir”. Mətbuatda bununla bağlı dərc olunmuş yazılarda iddia olunur ki, təkcə bu ilin ilk 6 ayı ərzində şəhər İcra Hakimiyyəti ərzaq məhsullarının alınmasına 1 milyon dollara yaxın pul xərcləyib. Həmin pulun 150 min manatı ət və ət məhsullarının alınmasına «sərf» olunub. Mingəçevir Ət, Süd Aqrar Sənaye Müəssisəsi tərəfindən həyata keçirilən proses işin ilkin mərhələsi hesab olunur. Çünki Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında ərzaq məhsullarının satın alınması üçün 540 min manat vəsait ayrtdırılıb. \”İaşəçi\” MMC tərəfindən prosesin həyata keçirilib-keçirilmədiyi müəmma olaraq qalıb.
Sonda xatırladaq ki, Mingəçevirin icra başçısı Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhəri]ndə anadan olub. Bakı Dövlət universitetinin məzunu olan Niyazi Bayramov ixtisasca hüquqşünasdır.
1980-1986-cı illərdə 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi,vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button