Siyasət

\”Azadlıq\” radisouna hücum repressiyaların davamıdır\”

"Azadlıq" radisouna hücum repressiyaların davamıdır"Nils Mujnieks: \”Hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumları dərhal və birdəfəlik dayandırmağa çağırıram”

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks \”Azadlıq\” radiosunun Bakı bürosunda axtarışın aparılması və ofisin möhürlənməsinə özünün Facebook səhifəsində münasibət bildirib:

“Azadlıq Radiosu Azərbaycan xidmətinin Bakı bürosuna polisin keçirdiyi reyd barədə xəbərdən çaşqınlıq içindəyəm. Bu qeyri-məqbul hadisə yaxın keçmişdə Azərbaycanda fərqli düşüncə üzərinə edilmiş çoxsaylı repressiyaların davamıdır və bu ölkədə jurnalistlərin, insan haqları müdafiəçilərinin və tənqidi fikir bildirən başqalarının üzləşdikləri təqiblərin ciddiliyini nümayiş etdirir. Mən hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumları dərhal və birdəfəlik dayandırmağa, insan haqlarının müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıram”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button