Siyasət
Arif Hacılı müavinini vəzifəsindən azad etdi
Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı sərəncam imzalayıb.
Musavat.com-a daxil olan məlumatda bildirilir ki, sərəncama görə, partiyanın başqanı Müsavatın nizamnaməsinin 4.11-ci maddəsinə əsasən Nüşabə Ağabala qızı Sadıxlı Müsavat Partiyası Məclisinin sədri seçilməsi ilə əlaqədar olaraq Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib.