Siyasət

\”Azərbaycanda öz qanımızı tökməli olacağıq\” – İranlı admiraldan sensasion açıqlama

"Azərbaycanda öz qanımızı tökməli olacağıq" - İranlı admiraldan sensasion açıqlamaÖtən ay İŞİD-lə savaşda İraqın Samərra şəhərində öldürülən İran İnqilab Keşikçiləri korpusunun generalı Əli Təqəvinin cənazə mərasimində çıxış edən, İranın Ali Mİlli Təhlükəsizlik Şurasının sədri, admiral Əli Şəmxani sensasion bəyanatla yadda qalıb.

Avropa.info İranın \”Fars\” agentliyinə istinadən xəbər verir ki, çıxışı zamanı Azərbaycanın da adını çəkib.

Əli Təqəvinin İran qarşısındakı xidmətlərindən danışan admiral Şəmxani \”İraq və Suriyadan bizə nə\” deyən iranlılara cavab olaraq bunları deyib.

\”Təqəvilər Samərrada öz qanlarını tökməsələr, biz Sistanda, AZƏRBAYCANDA, Şirazda və İsfəhanda öz qanımızı tökməli olacağıq.\”

Qeyd edək ki, iranlı admiralın ölkəsinin İraq və Suriyada hərbi fəaliyyətini əsaslandırarkən, İranın əyalətlərinin adını çəkərkən , Azərbaycanın da adını çəkməsi təccüb doğurur.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button