Siyasət

Səməd Seyidovdan fərqli olaraq, Aqramunt istefa verdi

Səməd Seyidovdan fərqli olaraq, Aqramunt istefa verdi
Avropa Şurası Parlament Assambleyasının keçmiş rəhbəri Perdo Aqramunt AŞPA-dan istefa verib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı “El Мundo” nəşri yayımlayıb.

Nəşrin bildirdiyinə görə, Pedro Aqramunt bu qərarı mayın 16-da AŞPA Müstəqil komitəsinin onun mandatının dondurulması barədə qərarını açıqladıqdan sonra verib. Sanksiyalar Aqramunta AŞPA-nın müşahidəçi missiyalarında iştirak etməyə və məruzəçi vəzifəsini tutmağa 10 il müddətinə qadağa qoyub.

Mənbəyə əsasən, Pedro Aqramunt həmçinin İspaniya Senatından istefa vermək niyyətindədir. Burada o, son 25 il ərzində Valensiya muxtar icmasını təmsil edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button