Siyasət

Paşinyan: \”Putin məni İlham Əliyevlə tanış etdi\”

Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə tanış olub.

Bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

\”Rusiya Prezidenti Vladimir Putin məni Azərbaycan Prezidenti İlham Əliyevlə tanış etdi\”, — Paşinyan deyib.

Onun sözlərinə görə, bu nəsə \”tanışlıq mərasimi\” kimi idi — heç bir ünsiyyət, danışıq, müzakirələr və ya başqa bir şey olmayıb.

Rusiya KİV-i isə yazıb ki, Nikol Paşinyan ikigünlük səfərlə Moskvada olub və birbaşa yayımdan sonra Yerevana uçuşa hazırlaşmağa başlayıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button