Siyasət

Erməni \”parlament\”ində azərbaycanca söyüş: “Gəlmə köpəyoğlu…”

Erməni "parlament"ində azərbaycanca söyüş: “Gəlmə köpəyoğlu...”
Dağlıq Qarabağda, separatçıların qondarma “parlamentində” yeganə müxalifətçi “deputat” Ayk Xanumyana azərbaycanca söyüş söyüblər. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ona söyən Qarabağın “xalq artisti” və “qəhrəmanı”, deputat Janna Qalstyandır.

İnsident “parlamentdə” Ayk Xanumyanın qondarma “dqr prezidenti” Bako Saakyanı tənqid etməsi zamanı baş verib. Müxalifətçi “deputat” bildirib ki, 2017-ci il üçün büdcə icrası haqda layihənin əleyhinə səs verəcək. Çünki nə ictimaiyyətin, nə “parlamentin” büdcə pullarının xərclənməsi üzərində nəzarəti yoxdur.

Bundan əlavə Xanumyan Bako Saakyanın istefasını da tələb edib. “Əgər Saakyan vəzifədə qalsa dövlətin hətta sonuncu çətirini öz qohumlarına satacaq, əvvəllər əldə edilmiş xidməti avtomobillər qəpik-quruşa özəlləşdiriləcək və büdcə pulları hesabına yeniləri alınacaq, insanların əmlakının qurama işlərlə əllərindən alınması və Bako Saakyanın yaxın adamlarına verilməsi davam edəcək”-o deyib.

Bu vaxt Janna Qalstyan yerindən duraraq Ayk Xanumyanı söyüb, ona azərbaycanca “gəlmə köpəyoğlu” deyib. “Əlbətdə, heyvan mənəm ki, sənə dözmüşəm”-deyə Ayk Xanumyan ona cavab verib və Qalstyanın ünvanına seksual xarakterli söyüş qaytarıb.

“Aykakan jamanax” qəzetinə açıqlamasında Qalstan deyib ki, Xanumyanı “prezidentin ünvanına nalayiq ifadə işlətdiyi üçün” söyüb. Qarabağ müxalifətçiləri isə onun Ermənistanın İcevan bölgəsindən olan Xanumyanın ünvanına “gəlmə” sözünü işlətməsini pisləyiblər.

“Qarabağ hakimiyyətinin bütün mahiyyəti bax budur. Onlar Ermənistandan gəlib Qarabağda döyüşənləri və ölənləri gəlmə sayırlar, gəlib burada ədalət uğrunda mübarizə aparanlar onlar üçün gəlmədir”-“Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan deyib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button