Siyasət
ABŞ səfirliyi təkzib etdi: \”Heç kimə sanksiya tətbiq olunmayıb\”
\”Azərbaycana qarşı hər hansı sanksiya tətbiq olunmayıb, bu, yanlış məlumatdır\”. Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfirliyi Meydan TV-in sorğusuna cavabında bildirib.
Yanvarın 11-də \”Azərbaycan saatı\” proqramında məlumat verilib ki, Avropa Birliyi və ABŞ Dövlət Departamenti Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəlib. Məlumata görə, bu məmurlar insan haqlarının pozulmasında birbaşa iştirakı olan hakimlər və prokurorlardır. İlkin siyahıya 31 nəfərin adı daxildir. Onların içərisində Baş prokurorun müavini Rüstəm Usubov da var.
Avropa Birliyinin Bakı nümayəndəliyindən hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb.