Siyasət
Müsavat başqanının müavini həbs edildi
Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı polisə müqavimət ittihamı ilə 15 gün həbs edilib
Turan-ın məlumatına görə, bu barədə vəkili Neymət Kərimli onun noyabrın 11-də səhər saatlarında tutulduğunu və Binəqədi rayon məhkəməsinə aparıldığını deyib.
O, noyabrın 12-də Bakı meriyasının qarşısında icazəsiz piket ərəfəsində həbs olunan yeganə Müsavat üzvüdür.