Siyasət

Azərbaycanda 285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 285 nəfərin deputatlığa namizədliyi qeydə alınıbAzərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2066 nəfər müraciət edib.

Savash.org-un Trend-ə istinadən xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərdən 1903 nəfəri isə imza vərəqələrini artıq götürüb, 580 nəfəri qaytarıb, 285 nəfər isə qeydə alınıb”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button