Siyasət

Merkel Qarabağdakı atışmalara görə Rusiyanı ittiham etdi

Merkel Qarabağdakı atışmalara görə Rusiyanı ittiham etdi

Azərbaycan prezidenti İlham Əliyevlə Almaniya kansleri Angela Merkel arasında danışıqlardan sonra keçirilən mətbuat konfransında Qarabağa dair sensasion bəyanatlar səslənib.

Virtualaz.org xəbər verir ki, iki ölkə liderlərinin birgə mətbuat konfransının materialları Almaniya hökumətinin rəsmi saytında yerləşdirilinb və orada deyilir ki, kansler Merkel Dağlıq Qarabağ münaqişəsi zonasında zon zamanlar artan gərginliyə görə Rusiyanı günahlandırıb.

Bu ittihamla çıxış etməzdən əvvəl Merkel deyib ki, Almaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə hökm sürnən münaqişənin nizamlanmasında iştirak etmək istəyir. Merkelin sözlərinə görə,onlar Azərbaycan prezidenti ilə belə vahid mövqeyə gəliblər ki, münaqişə dinc yolla həll edilməlidir.

“Almaniya münaqişənin nizamlanmasında vasitəçi olmağa can atır. Biz hesab edirik ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə birgə təşəbbüslə çıxış edə və münaqişənin nizamlanmasına müəyyən töhfə verə bilərlər. Bununla əlaqədar olaraq Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparır”-Merkel bəyan edib.

Almaniya kansleri öz nitqində bildirib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupunun üzvüdür və Ermənistanla Azərbaycan prezidentləri arasında həmsədr ölkələr-Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Lakin Merkel əlavə edib ki, Rusiya Qarabağ münaqişəsinin qızışmasında neqativ rol oynayır. “Hesab edirik ki, bu münaqişənin ancaq bir həll yol var-sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması halları neqativ faktdır. Hesab edirəm ki, burada Rusiya müəyyən rol oynayır. Mən bunu sadəcə olaraq qeyd etmək istədim”-Merkel bildirib.

Rusiya mediası Merkelin Moskvaya ünvanlanmış bu bəyanatını şərh edərək yazıb ki, Almaniya kansleri son zamanlar Ukrayna məsələsinə görə Rusiyanın ünvanına tez-tez sərt bəyanatlar səsləndirir. Və kanslerin Qarabağ münaqişəsini Rusiyanın qızışdırdığına dair bəyanatı bu xəttin davamıdır. Qarabağ münaqişəsi zonasında Ermənistan silahlı qüvvələrinin ötən ilin yayından başlayaraq tez-tez təxribatlara əl atmasının arxasında Rusiyanın dayandığını indiyə qədər bir çox Qərb ekspertləri və KİV-ləri iddia edirdi. Məsələn, İsrailin Hayfa universitetinin professoru, ABŞ-ın bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq edən Brenda Şaffer yazmışdı ki, ötən ilin iyul-avqust aylarında təmas xəttində hər iki tərəfdən çoxsaylı itkilərlə müşaiyət olunmuş atışmaların arxasında Rusiya dayanır. Onun fikrincə Rusiyanın məqsədi əvvəlcə bu münaqişəni qızışdırmaq, sonra öz silahlı qüvvələrini sülhməramlılar adı altında regiona yeritməkdir. Şaffer iddia edirdi ki, həmin atışmaların ardınca prezident Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərlərinin Soçi danışıqlarında Rusiya sülhməramlılarının regionda yerləşdirilməsində israr edib.

İndi isə bunu-yəni Ermənistanın Rusiyanın təhriki ilə təmas xəttində atəşkəsi tez-tez pozmasını dolayısı yolla olsa da nüfuzlu Qərb liderlərindən biri-Almaniya kansleri Angela Merkel bəyan edir. Həmçinin Merkelin Azərbaycanın Almaniyanı Minsk Qrupunda həmsədr kimi cəlb etmək üçün Brüssellə danışıqlar apardığını açıqlaması sensasion hesab edilə bilər. Rəsmi Bakı Minsk Qrupunun indiki tərkibdə fəaliyyətindən narazılığını tez-tez bəyan edir, ancaq Almaniyanın həmsədr kimi prosesə cəlb edilməsində maraqlı olduğunu açıq bəyan etməmişdi.

Azərbaycanın Almaniyanı Minsk Qrupunda həmsədr kimi görmək istəməsi, yaxud Berlinin danışıqlar prosesinə başqa formatda cəlb olunmasına səy göstərməsi rəsmi Bakının Berlinlə münasibətlərinin nə dərəcədə strateji önəm kəsb etdiyini təsdiq edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button