Siyasət

Soros Əliyevlə görüşdən sonra Azərbaycan əleyhinə bəyanat yaydı

Soros Əliyevlə görüşdən sonra Azərbaycan əleyhinə bəyanat yaydı

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Soros Fondu”nun təsisçisi Corc Sorosla görüşüb.

AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycanda gedən prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Amma bu görüşdən dərhal sonra dünyadakı son rəngli inqilabların sponsoru kimi məşhur olan Sorosun Açıq Cəmiyyət Fondu Azərbaycan əleyhinə bəyanat yayıb. Virtualaz.org-un “Turan”a istinadən məlumatına görə, bəyanatda Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı kampaniyanın güclənməsindən, bir neçə tanınmış insan haqları fəalının saxlanmasından narahatlıq bildirilir və bu sırada hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayılın adları çəkilir.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət apreldə Açıq Cəmiyyət fondunu da hədəfə alıb. Qurumun yerli bank hesabını dondurub, kompüterlərini müsadirə edib, keçmiş əməkdaşlarını dindirib. Azərbaycan hakimiyyətini ittiham edən Soros nədənsə mühüm bir məqamı unudur. Məsələ ondadır ki, Soros həmin fondunun buradakı fəaliyyətini dayandırmaq barədə qərarı çoxdan, bir sıra beynəlxalq təşkilatla bağlı cinayət işləri başlanmamışdan əvvəl özü qəbul etmişdi. Başqa sözlə, Fondun Azərbaycan bölməsi fəaliyyətini 2011-ci ildə dayandırıb. Yeri gəlmişkən, həmin ərəfədə bölmədə yalnız təftiş və mühasibatlıq işləri ilə məşğul olan üç nəfər işçi qalmışdı. Ona görə də Sorosun Fondun bağlanmasını birbaşa Azərbaycan hakimiyyətinin üstünə atması, yumşaq desək, iftiradır və onu gözdən salmağa hesablanmış növbəti axmaq cəhddir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button