Siyasət
Müxalifətdən şok istefa
Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan millət vəkili Ercan Cengiz partiyasından istefa verib.
ANS PRESS-in “İhlas” xəbər agentliyinə (İHA) istinadən verdiyi məlumata görə, Ercan Cengiz bu tələblə Türkiyə Böyük Millət Məclisi (TBMM) rəhbərliyinə ərizə ilə müraciət edib.
Ercan Cengizin istefası ilə CHP-nin TBMM-də olan stul sayın 127-dən 126-ya düşüb.
Müxalifətçi millət vəkilinin istefa verməsinin səbəbləri açıqlanmayıb.