Siyasət

Cəmil Həsənli yenidən Milli Şuraya sədr seçildi – (Yenilənib)

Cəmil Həsənli yenidən Milli Şuraya sədr seçildi - (Yenilənib)Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bildirib ki, bu gün də qarşılarında duran əsas vəzifə insan haqlarının qorunması və demokratiya uğrunda mübarizədir.

C.Həsənli onu da vurğulayıb ki, hakimiyyət strateji vəzifə kimi 2013-cü ildən bəri Milli Şuranı dağıtmağı qarşısına məqsəd qoyub, lakin buna nail ola bilməyib.

“Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb. Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”, – deyə Cəmil Həsənli qeyd edib.

Milli Şura sədri onu da bildirib ki, Azərbaycan xalqı konstitusiya ilə ona verilmiş hüquqlardan məhrum edilib və Milli Şuranın vəzifəsi bu hüquqları xalqa qaytarmaqdır.

…Azvision.az-ın məlumatına görə Milli Şuranın bugünkü sessiyasında quruma sədr seçkisi də keçirilib.

Hazırkı sədr, professor Cəmil Həsəhnli növbəti bir il üçün yenidən Milli Şuranın sədri seçilib.

* * * 14:14

Milli Şura növbəti sessiyasını keçirir.

Azadliq.info-nun məlumatına görə. sessiyanın gündəliyinə iki məsələ daxil edilib:

– ictimai-siyasi vəziyyətin müzakirəsi;

– qurumun 2015-ci il üçün fəaliyyət planının qəbulu.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button