Siyasət

Arif Hacılı Qubad İbadoğlunu partiyanın iclas zalına buraxmadı

Arif Hacılı Qubad İbadoğlunu partiyanın iclas zalına buraxmadı

Qubad İbadoğlunun tərəfdarları ilə birlikdə Müsavat Partiyasının iclas zalında tədbir keçirməsinə icazə verilməyib.

“Report”un əməkdaşı xəbər verir ki, İbadoğlu tərəfdarları məcbur qalaraq tədbiri partiya qərargahının çayxanasında keçirib.

Toplantıda Q.İbadoğlu və Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin Müsavat Divanına çağırılması müzakirə olunub.

Q.İbadoğlu iş qrafiki ilə əlaqədar Divan toplantısına qatıla bilməyəcəyini deyib. E.Məmmədli isə iclasda iştirak edəcəyini bildirib.

Toplantıda partiyadan çıxarılan müsavatçıların hüquqlarını qorumaq məqsədilə Müsavat Partiyası üzvlərinin Müdafiə Təşkilatı da yaradılıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button