AXCP-dən Sərdar Cəlaloğluya tərs şillə: \”Rəqsanəsən…\”
ADP sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimli haqda \”primadonna\” ifadəsi işlətməsinə qarşı tərəfdən sərt cavab gəlib. Belə ki, AXCP mətbuat xidmətinin rəhbəri, \”Azadlıq\” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu \”Rejimin işgəncələrini görmüş Sərdar Cəlaloğlunu Rəqsanəyə çevirənlərə Allah lənət etsin!\” başlıqlı məqalə yazıb. Savash.org həmin yazını azadliq.info-ya istinadla təqdim edir…..
****
Satqınların məqsədi bir tərəfdən real müxalifəti məşğul edib, rejimlə mübarizədən yayındırmaq, başqa yandan isə siyasəti xalqın gözündən salmaqdır
Rejimin qisas əməliyyatı davam edir. İndi rejimin əsas hədəfi AXCP fəalarıdır.
Mitinqdən əvvəl partiyamızın Naxçıvandan olan fəalı Hicran Qasımov şərlənərək həbs olundu. Daha 3 nəfər gənc fəalımız da şərlənərək inzibati qaydada – sutkalıq həbs edildilər. Mitinq qabağı aparılan bu həbslər xof, qorxu yaratmaq və mitinqin kütləviliyinə mane olmağa xidmət edirdi. Alınmadı. Həbslər cəbhəçiləri qorxutmadı. 9 noyabrda Milli Şuranın növbəti mitinqi də uğurlu alındı. Son 2 mitinqlə hökumətə nümayiş etdirmişdik ki, rejim məqsədinə yetişə bilməyib. Hətta 100 nəfərdən artıq ictimai –siyasi fəalın həbsindən sonra da xalq susmayıb, vəziyyətlə barışmayıb. Ölkədə hələ də real müxalifət qalır.
Planları boşa çıxdığından rejim indi bizə qarşı çox acıqlıdır. Mitinqdən sonra da qisas həbsləri başladı. AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan şərlənərək həbs edildi. Ardınca da AXCP Rəyasət Heyəti üzvü, Qarabağ qazisi Asif Yusifli həbs edildi.
Rejimin işgəncələrini görmüş Sərdar Cəlaloğlunu Rəqsanəyə çevirənlərə Allah lənət etsin!
Hakimiyyətlə bağlı məsələ aydındı. Güman ki, nə onlar niyyətlərindən əl çəkəndilər, nə də AXCP. Bu arada o dünyasını da, bu dünyasını da itirən partiyalar da (konkret halda hakim partiya, müxalif partiya olmaq imkanın) diqqət çəkmək üçün əlayaqdan gedir və təbii onların da hədəfi Əli Kərimli və AXCP-dir. Onlardan biri əsələn, Sərdar Cəlaloğludur.
Sərdar vaxtilə rejimlə ciddi mübarizə aparıb. Döyülüb, təhqir olunub, işgəncəyə məruz qalıb, həbs olunub. Amma sonra iradəsi tükənib. Hökumətlə arası saz olan dostlarının vasitəsilə yaxınlaşıb hökumətə. Fəqət, bədbəxtsi heç hökumət də etibar edib, yaxına buraxmırdı. Xahiş minnət etsə də ki, hətta YAP-ın süpürgəçisi ilə də dialoqa hazırdır, xeyri olmamışdı. Prezident seçkilərində buna hafizdən də az səs yazmışdılar. Ona görə də uzun müddət hökumətlə yaxınlığı başqa “islah olunmuşların” vasitəçiliyi ilə edirdi.
Bunca təhqirlərdən sonra azacıq şəxsiyyəti olan adam gərək özündə təpər tapaydı. Amma şəxsiyyəti deqradasiya olan adam daha da sınıb, zavallı olmağa məhkumdu. Sərdar Cəlaloğlu həmin şəxsiyyəti zəiflərdən çıxdı. Ona rejim başa saldı ki, sənin nəyin etibar hüseynlidən, hafizdən artıqdır? Bir şey qoparmaq istəyirsənsə, sən də get onlar kimi ol. Hazırda Rauf Arifoğlu bizi –rejimi müdafiə üçün hər şeyindən keçib, bircə qarnına qumbara bağlayıb özünü partlatmağı qalıb, get ona kömək et. Özü də həyasızlıq sal, özünü şou-biznesin Rəqsanəsinin yerinə qoy, təkcə real müxalifətə qarşı böhtan. Təhqir demək azdır. Indi elə et ki, camaat siyasətdən iyrənsin.
Sərdar Cəlaloğlunun son vaxtlar bütün performansları bu qeyd etdiyim drektivlərin reallaşması üçündür, başqa heç nə.
Ta qədimdən belə olub, satqınların məqsədi bir tərəfdən real müxalifəti məşğul edib, rejimlə mübarizədən yayındırmaq, başqa yandan isə siyasəti xalqın gözündən salmaqdır.
Aşkar nümunə verirərm. Siz görmüsüz ki, nə vaxtsa, Əli Kərimli Rauf Arifoğlu, Sərdar kimi adamlara cavab versin, onları təhqir demirəm, tənqid etsin? Görə bilməzsiniz. Çünki, Əli Kərimli birbaşa İlham Əliyevlə, rejimlə mübarizə aparır. Bu sərdarlar, rauflar da ağalarına xoş gəlsin deyə özlərini ortaya atırlar, gündəmi dəyişirlər, real müxalifətin başını qatırlar. Məqsədləri də elə budur. Real müxalifətin başını qatmaq, onu rejimlə mübarizədən yayındırmaq mümkün olduqca xalqı siyasətdən iyrəndirmək.
Şükürlər olsun ki, xalqımız ayıq-sayıqdır. Ədalətlidir. Bu satılmışlara heç yerdə hörmət qoymur. Bəli, çoxlarının indi bəyənmədiyi mentalitetimiz bu məsələdə çox prinspialdır. Azərbaycanlılar satqınları, gündə bir sifətə düşənləri sevmirlər. Hətta özləri satılanlar da, müxtəlif səbəblərdən rejimə qulluq edənlər də belələrinə hörmət etmirlər. Hətta dövlət orqanlarında vəzifədə çalışanlar da, lap yüksək vəzifə də olanlar da onlarla kişi kimi mübarizə aparanları qiymətləndirir. Həyatda olduğum heç yerdə sınmış, satılmış, düşərgəsini satmış adamlara hörmət görməmişəm. Yəqin, siz də görməmisiniz!