Siyasət

“Eldəniz Quliyevin din təəssübkeşliyi rus vodkasından keçir” – Cəmil Həsənli

Tanınmış rejissor Eldəniz Quliyevin Milli Şuradan istefa verməsi qarşılıqlı ittihamların meydana çıxmasına səbəb olub.

Savash.org xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli Eldəniz Quliyevin istefasına sərt münasibət bilirib. O, rejissorun istefa vermədiyini, Milli Şuranın qərarı ilə qurumdan uzaqlaşdırıldığını iddia edib.

Milli Şura sədri Eldəniz Quliyevin Hacı İlqar İbrahimoğlu tərəfindən “İslam təəsübkeşi” kimi təqdim olunmasına da etiraz edib: “Eldəniz bəy bir sənət adamıdır və çoxlu maraqlı keyfiyyətləri var. Bu istiqamətdə onun haqqında çox şey demək olar, xidmətlərin göstərmək olar. Amma bir islam üləmasının Eldəniz bəyi din təəssübkeşi, islam dəyərlərinin qoruyucusu kimi təbrik etməsi çox qəribədir. Çünkü bəyin din təəssübkeşliyi də, islam dəyərlərinin qorunmasında fədakarlığı da üç ildir rus vodkasından keçir. Və yəqin Hacı da bunu bilməmiş deyil. Amma ola bilsin ki, mən Amerikaya gələndən sonra Azərbaycanda vodkanı məkruh elan ediblər və mən bundan xəbərsizəm. Əgər bizim İslamı dəyərlərimizi Eldəniz bəy qoruyacaqsa, deməli, dinizimizin gələcəyi çox “parlaqdır””.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close