Siyasət

Separatçı lider Ərdoğanı ələ saldı (FOTO)

Separatçı lider Ərdoğanı ələ saldı (FOTO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın twitter sosial şəbəkəsində siqareti tərgitmək istiqamətində öz imzası ilə çağırışı digər siyasi partiya sədrinin məsxərə obyekti olub. ANS PRESS-in məlumatına görə, PKK terror təşkilatının siyasi cənahı Xalqın Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş sosial şəbəkədə hər kəsi siqaret çəkməyə dəvət edib.

“Bir az siqaret çəkin gənclər. Özünüzə diqqət edin. (Bu twiti öz əllərimlə yazdığım üçün önəmli bir twitdir)”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə saytı twitterdə öz adından ilk mesajını yazıb. Ərdoğan yazdığı mesajda, 9 fevral “Ümumdünya siqareti tərgitmə günü” münasibəti ilə bu istiqamətdə çağırış edib. Ölkə prezidenti twitini, “#siqareteteslimolma” haştaqı ilə paylaşıb.

Daha əvvəl prezdentin adına açılmış twitter səhifsində paylaşımlar olsa da bunu onun adına mətbuat xidməti və s. şəxslər edirdi. Bu isə Rəcəb Tayyib Ərdoğanın öz imzası (RTE) ilə paylaşdığı ilk tͭwit olub. Separatçı lider Ərdoğanı ələ saldı (FOTO)
Separatçı lider Ərdoğanı ələ saldı (FOTO)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button