Siyasət
Arif Hacılı:\”Müsavatı parçalamaq cəhdi alınmadı\”
Müsavat Partiyasının Mərkəzi Qərargahında partiya Sədrlər Şurasının genişləndirilmiş toplantısı keçirilib.
Toplantıda partiyanın başqanı Arif Hacılı mövcud ictimai-siyasi durum və partiyadaxili məsələlərdən danışıb.
Arif Hacılı qurultaydan sonra 6 nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi qiymətləndirilməsinin yanlış olduğunu və Müsavatın ən demokratik partiya olduğunu bildirib.
O qeyd edib ki, qurultaydan sonra 30 nəfər partiyadan çıxdığını bəyan etsə də, partiyanı parçalamaq cəhdi alınmayıb və yeni üzvlərin sayı partiyadan çıxanlardan təxminən 3 dəfə artıq olub.