Siyasət
İsveçrə telekanalı: \”Emin Hüseynov bizim səfirlikdə gizlənir\”
\”Son altı aydır ki, İsveçrənin Bakıdakı səfirliyi azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovu qoruyur\”.
Bu haqda məlumat İsveçrənin Milli SRF Telekanalında yayımlanan “Rundschau” verilişində səsləndirilib.
\”Azadlıq\” radiosunun yaydığı məlumatda deyilir ki, 35 yaşlı E.Hüseynov Azərbaycan hökumətinin tənqidçilərindəndir.
Qeyd edək ki, bu məsələ ilə bağlı yaranmış vəziyyət Azərbaycan və İsveçrə arasındakı diplomatik gərginliyə də səbəb olub. Reportorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri olan E.Hüseynovun harada olması uzun müddət naəlum qalıb. Mətbuatda onun Qərb ölkələrinin birinin Bakıdakı səfirliyində gizlənməsinə, habelə ölkəni tərk etməsinə dair məlumatlar yayılmışdı.