Siyasət

Qarabağda sülhə hazırlıq: \”Artıq saziş üzərində işləməyə başlamalıyıq”

Qarabağda sülhə hazırlıq: "Artıq saziş üzərində işləməyə başlamalıyıq”“Həmsədrlər də Madrid prinsipləri ilə razıdırlar. Fikrimcə, artıq sülh sazişinin mətninin üzərində işləməyə başlamalıyıq”.

ANS PRESS-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir həmsədrlərin hər dəfə atəşkəsin pozulduğunu bəyan etməsini xatırladıb və bildirib ki, bu bəyanatlar düzgün deyil: “Cəbhə xəttində bu cür proseslər gedir və bu normaldır, çünki bizim torpaqlar işğal altındadır. Erməni əsgərləri Kəlbəcərdə, Laçında, Ağdamda olmamalıdır”.

Nazir qeyd edib ki, ermənilər ordunu geri çəksələr cəbhə xəttində atəşkəs pozulmaz.

Azərbaycanlı girovlarla bağlı da danışan nazir qeyd edib ki, bu məlumatlar Ermənistan prezidentinin masasına da qoyulur. Onun sözlərinə görə, Ermənistan tərəfi vəziyyətin fərqindədir və qısa zamanda girovları qaytarmalıdır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button