Siyasət

Paşinyan məsuliyyətdən qaçır: “Ordunun perspektivli cavabı yoxdur”

Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” hesabından xalqına müraciət edir.

O, məğlubiyyətlə bağlı razılaşmanın ordunun təsiri ilə bağlandığını deyib.

“Mən dünən bu addımı ordu rəhbərliyinin təkidindən sonra atdım. Ordu artıq dayanmalı olduğumuzu dedi. Çünki bizim suallarımız olsa da, onların perspektivli cavabı yoxdur və ya resurs tükənmişdi”, – deyə o etiraf edib.

Onun sözlərinə görə, əvvəllər neqativ razılaşma elan olunsaydı, döyüş effektivliyinin azalmasına səbəb olardı. Ermənistanlı baş nazir camaatın həqiqəti bilməməsindən narazı olduğunu deyib.

Ölkənin səfərbərliklə bağlı problemləri var idi; ümumiyyətlə, döyüş əməliyyatları aparmağa hazır deyildilər:

“Hərbi resurslar hər şeydə təsirli deyildi. Cəbhə bölgəsində döyüşənləri əvəz edənlər yox idi. Döyüşənlərin dincəlmə fürsəti olmalı idi”.

Paşinyana görə, bu səbəblər onu bəyannamə imzalamağa vadar edib, əks təqdirdə nəticələr daha ağır ola bilərdi.

Qeyd edək ki, Ermənistanın müharibəni uduzması ilə bağlı razılaşmasından sonra Yerevanda etiraz aksiyaları başlayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists