Siyasət

“Türklərin planı budur ki…” – Qarabağ ətrafında inqilabi yenilik

“Ölkəmizin bu ərəfədə mümkün olan yeganə şansdan istifadə etməkdən – müharibəyə başlamaqdan başqa yolu yox idi. Unutmayaq ki, ermənilər, konkret Paşinyan komandası Qarabağda Livan və Suriya ermənilərini məskunlaşdırma siyasətini intensiv aparırdı. Bu davam etsəydi, Azərbaycan üçün dəhşətli nəticələri olacaqdı”.

Savash.org xəbər verir ki, bu sözləri politoloq Zaur İbrahimli deyib. 

Ekspert qeyd edib ki, işğal dövründə bölgədə ciddi şəkildə regionu Ermənistana bağlayan kommunikasiyalar qurulurdu, yollar salınır, hava limanları tikilirdi:

“Şuşada qondarma parlament binası tikməklə bütün dünyaya mesaj verirdilər ki, Azərbaycan işğal faktı ilə barışıb. Bizim real addım atmamağımız bunun təsdiqi olardı. Üstəgəl, Bayden ABŞ prezidenti seçildikdən sonra Paşinyan komandası çox güclənəcəkdi və Azərbaycanın beynəlxalq dayaqları zəifləyəcəkdi. Ona görə 1989-cu ilə qayıdırıq, “rus gəlir” fikirləri ilə yanaşı, yeni təhdidlərin aradan qaldırılması və yeni reallıqlar barədə də danışmaq lazımdır”.

Zaur İbrahimli bölgədə gedən geosiyasi proseslərə də diqqət çəkib:

“Ruslar ya gərək bütün Cənubi Qafqazdan çıxarıla ki, ölkəmiz də birdəfəlik bu məsələyə nöqtə qoya. Gürcüstandan çıxardılar, sonda ruslar hakimiyyətə gəldi. İkincisi, Serj Sərkisyan Avropa İttifaqı ilə saziş imzaladı, ABŞ-la danışıqlara başladı, 2016-cı ildən sonra davam gətirə bilmədi, Paşinyan Qərbin bəzi dairələri ilə sövdələşmədə hakimiyyətə gəldi, rusları təftişə başladı, indi hər gün Moskvaya zəng edir. Üçüncü, Türkiyə Əsədə hökm kəsdi, indi Suriyanın ərazi bütövlüyünü ruslarla birgə qoruyur. Dördüncü, Liviyada türklər qalib gəldi, amma sonda həm rusların dəstəklədiyi, həm də türklərin dəstəklədiyi qüvvələr neft satışını bərpa etmək üçün anlaşdılar.

Beşinci, biz Türkiyə və Rusiyanın İran olmadan yeni bir Astana formatı yaratdığını görürük. Altıncı, Türkiyənin bir bölüyünü ölkəyə gətirə bilmirdik, indi türk “F-16”ları Gəncədə keşik çəkir.

Gözləyərdik, Paşinyanı hakimiyyətə gətirənlər Bayden seçildikdən sonra bizi sanksiyalarla dizə gətirəydilər, “907-ci düzəliş” daha sərt formada bərpa olunsun? Qarabağ ərazisində bizim yurisdiksiyamız tanınır, anklav kimi, qara yara kimi qalsa da böyür-başın bağlamışıq. Bu, türklərin də əsas planıydı – məngənədə saxlamaq. Türkiyə nəzarət mexanizminin rəhbərlərindən biridir, bu da bizim sığortadır”.

Ekspert hesab edir ki, siyasət emosiya deyil, mümkün olanı etmək məharətidir:

“Biz 1992-1993-cü ilin səhvlərini təkrar edə bilmərik. O zamanda 12 iyulda başlanan qələbə hücumu Xankəndindən geri döndü. Niyə? Çünki rus vertolyatları bu hücumu saxladı. İndi vertolyotlar daha təkmildir. Rus üçün Murov dağının bu, yaxud digər yamacında olmağımızın fərqi yoxdur, hər ikisində asan hədəfik. Ona görə realist olmaqda fayda var”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists