Siyasət

Ərdoğan nöqtəni qoydu: Türk Ordusu Qarabağda olacaq!

“Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb”.

Savash.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycanı təbrik edib.

Daha sonra söyləyib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzinin yaradılması haqqında razılaşma imzalayıb. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq: “Bundan sonra da Azərbaycanla ortaq gələcəyimizin qurulması üçün birlikdə çalışacağıq”.

O, bəyanatın imzalanması ilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. Bildirib ki, hər zaman olduğu kimi türkiyə Azərbaycanın yanında oldu və işğalın sona çatması üçün hər bir şeyi etdi:

“Türkiyə və Türk milləti olaraq 28 ildir ki, hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik. Daha əvvəllər Kirpdə, 1990-cı illərə Bosniyadakı qətliamlara laqeyd qalanlar Qarabağdakı qətliamları da görməməzliyə vurublar. Biz Xocalıda və digər Qarabağ şəhərlərində qətlə yetirilən qocaların, uşaqların, qadınların acısını azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq, birlikdə göz yaşı tökdük. Ermənistanın yenidən Azərbaycan torpaqlarına hücum etməsi ilə yenidən başlayan döyüşlərdə bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanında yer alaraq, bu işğalı sona çatdıracaq prosesə töhfə verdik. Azərbaycan Prezidenti İlham Əliyevlə demək olar ki, hər gün danışdıq, bu həyəcanı birlikdə yaşadıq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists