Siyasət

Ermənistan parlamentində Paşinyanı ələ saldılar: “Konyakınızı qaytaracağam…”

Müxalif “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları Milli Məclisin iclasını boykot ediblər. 

Savash.org xəbər verir ki, müxaliftəçi deputatlar iclasda yalnız Ermənistan Baş nazirinin istefasının müzakirə oluna biləcəyini deyiblər.

“Parlamentdə Qarabağla bağlı Ermənistan üçün fəlakət sayılacaq bir bəyanatı imzalayan Nikol Paşinyanın istefasından başqa hər hansı məsələ müzakirə mövzusu olmamalıdır”, – deyə “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan vurğulayıb.

O daha sonra əlavə edib ki, Nikol Paşinyan Qarabağ barədə açıqlama verərkən gözlərində acı olduğunu yalnız bir dəfə – konyakı və odekolonunun itməsinə təəssüf edərkən görüb. “Nikol Paşinyan, odekolonunuzu, konyakınızı qaytaracağam, təki istefa verin”, – deyə Zöhrabyan Baş nazirdən istefa verməyi tələb edib.

Lakin müxalifətçi deputatların tələbləri nəzərə alınmayıb. Onlar gündəliyi qəbul etməyərək iclas salonundan çıxıblar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists