Siyasət

Əliyevin bu bəyanatı Ermənistandakı böhranı dərinləşdirdi

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ mövzusunda danışarkən “Heç bir statusdan söhbət gedə bilməz” bəyanatı Ermənistan ictimai-siyasi mühitində müzakirə mövzusuna çevrilib. 

Savash.org xəbər verir ki, erməni ictimaiyyəti bu bəyanatdan sonra “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi tanına biləcəyinə şübhə ilə yanaşmağa başlayıblar.

Ermənistanın siyasi rəhbərliyi Qarabağda atəşin dayandırılması barədə imzalanan üçtərəfli bəyanatdan sonra “DQR”ə status verilməsi istiqamətində hansısa addımlar atılacağından danışırdı. Lakin İlham Əliyevin məlum bəyanatı erməni cəmiyyətində Paşinyan hökumətinin status məsələsi barədə dediklərini növbəti yalan kimi dəyərləndirir.

Siyasi şərhçilər hesab edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi onsuz da Qarabağdakı məğlubiyyətə görə hədəfdədir. Status məsələsi bir tərəfdən məğlubiyyəti kompensasiya etmək üçün ortaya atılmışdısa, digər tərəfdən Ermənistan cəmiyyətini bir qədər sakitləşdirməyə xidmət edirdi. Amma İlham Əliyevin bəyanatından Ermənistandan siyasi böhranının dərinləşcəyi gözlənilir. 

Çünki artıq erməni cəmiyyəti Azərbaycanın bu məsələdə heç bir güzəştə getməyəcəyini bu ölkənin birinci şəxsinin dilindən eşidib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists