Siyasət
Dəniz Baykal siyasətə qayıdır
Türkiyənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb.
\”Trend\” \”Anadolu\” agentliyinə istinadən bildirir ki, D.Baykalın namizədliyi rəsmən qeydə alınıb.
Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi.
Türkiyədə parlament seçkilərində 31 siyasi partiya təmsil olunacaq.