Siyasət

Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salındı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb. 

Savash.org xəbər verir ki, bunu İran XİN sözçüsü Səid Xətibzadə tvitter səhifəsində yazıb.

S. Xətibzadə buna səbəb kimi, Nazirlər Kabinetinin fövqəladə iclasının keçirilməsini göstərib: “Qarşıdan gələn həftədə Nazirlər Kabinetinin büdcənin müzakirəsi üçün fövqəladə iclası keçiriləcək. Nazirlərin hamısının bu iclasda iştirakı lazımdır”.

Qeyd edək ki, bundan öncə S. Xətibzadə Zərifin noyabrın 23-24 -də Moskva və Bakıya səfər edəcəyini açıqlamışdı.  /APA

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists