Siyasət
Abbas Abbasov və Rüstəm İbrahimbəyov siyasətdən getdi
“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun tərəfdarları bu gün Moskvada qurumun növbədənkənar qurultayını keçiriblər.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, A.Abbasov qurultayda çıxış edərək tutduğu postdan istefa verdiyini bəyan edib.
Sonra qurultayda tanınmış kinossenarist Rüstəm İbrahimbəyov çıxış edib və o da Ağsaqqallar Şurasından istefa verdiyini söyləyib.
Onların istefa təklifləri səsə qoyulub və qəbu edilib.