Siyasət

Müharibənin dördüncü günü qapalı iclasda Baş qərargah rəisi Paşinyana nə deyib?

“Baş nazir Nikol Paşinyan Qarabağdakı müharibənin alovlanmasına səbəb olan vəziyyəti ayıq başla və adekvat qiymətləndirə bilmədi”.

Savash.org xəbər verir ki, bu barədə “Maariflənən Ermənistan” partiyasının lideri Edmon Manukyan “Sputnik Armenia”ya müsahiəsində deyib. O əlavə edib ki, hələ oktyabrın əvvəlində Ermənistan parlamentində keçirilən qapalı iclas zamanı Paşinyan cəbhədəki vəziyyətin son dərəcədə çətin olduğunu bildirib.

Deputatlar ona Rusiya Prezidentinə müraciət edərək vasitəçi olmağı xahiş etmədiyini soruşduqda isə Baş nazir deyib ki, günü bü gün zəng edə bilər. Lakin o müharibənin bitməsi deyil, Ermənistana yardım edilməsinə nail olmaq, bununla ordunu gücləndirib əks-hücum əməliyyatına başlamaq istəyir. Manukyan Paşinyana bunun yaxşı fikir olmadığını söyləsə də, Baş naziri mövqeyindən çəkindirmək mümkün omayıb. “Həmin iclas oktyabrın 11-də keçirilib. İclas işitrakçıları hələ Baş qərargah rəisi Onik Qasparyanın bədnam hesbatından xəbərdar deyildilər. Qasparyanın müharibənin dördüncü günündə Baş nazirə ən qısa zamanda döyüşləri dayandırmağı söyləyibmiş. İclas iştirakçıları bunu bilmidirlər”, – deyə partiya lideri bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button