Siyasət

\”Əli Kərimli, cəbhəçilərə mesajlar yazıb, onları üstümə qaldırmayın\” – İTTİHAM

"Əli Kərimli, cəbhəçilərə mesajlar yazıb, onları üstümə qaldırmayın" - İTTİHAMAXCP sədri Əli Kərimli tərəfindən partiyada tutuduğu sədr müavini postundan uzaqlaşdırılan Razi Nurullayev facebok-da növbəti dəfə maraqlı açıqlama ilə çıxış edib. Savash.org Razi Nurullayevin AXCP sədrinə qarşı ittihamlarla dolu olan həmin statusunu olduğu kimi təqdim edir:

\”Əziz dostlar. Yanılırsınız. Bütün cəbhəçilərə hörmətim və izzətim var. Əli Kərimliyə siyasi iradlarım var. Görəcəksiniz ki, ona qarşı olan haqsızlıqlara qarşı da söz deyəcəm. Sözlərimi siyasi müstəvidə deyirəm. Fuad Qəhrəmanlı ilə hər zaman yaxşı münasibətim olub. Onun yazdıqlarını da tutduğu mövqeni möhkəmləndirmək üçün və sədr tərəfindən verilən tapşırıq kimi qəbul etdim. Mənə deyə bilməzsiniz ki, kimsə öz başından danışır və hərəkət edir. Elə etirazım bunadır. Əli bəy, imkan verin, hər kəs düşündüyünü etsin, insanların iradəsini zorlamayın.

Cəbhəçilərdən oyunlar üçün istifadə etməyin. Onlara şəxsi mesajlar yazıb mənim əleyhimə danışmağa məcbur etməyin. Onların şəxsiyyətinə hörmət edin.

Gözəl xanıma siyasi müstəvidə sözümü dedim. Ona qarşı məndə qərəz ola bilərmi? Yox, amma sədrin özünün demədiklərini sizin dilinizlə deyilməsinə qarşıyam. Öz dilinizlə danışın.

Həsən bəyin də sağlamlıq durumu ilə oyun qurmayın. Allah ona cansağlığı versin və ona uzun ömür arzu edirəm. Qaragüruh elə sizlərin dilindən mənim leksikonuma transfer edib. Bu təhqir deyil. İçində olduğunuz və sədrin göstərişlərindən oturuşmuş bir hay-küyçülükdür.

Saxta profillər fəlsəfəsini AXCP gətirib. Bundan imtina edin. Öz sözünü üzə deyə bilməmək acizlikdir. Mən içinizdə olmuş adamam. Hansı saxta profilin kimə aidiyyatı olduğunu da bilirəm. Bunları şəklinizlə bərabər açıqlamam üçün mənə fürsət tanımayın. Doğrusu, etmək istəmirəm. Məcbur da etməyin məni. Sədr müavinlərinə, Rəyasət Heyəti üzvünə və sədrə saxta profil yaraşmaz.

Müxalifətdə qalacağımı bəyan edirəm. Amma, müxalifət dəyişməlidir. Müxalifəti təmsil edəcək yeni simaları cəmiyyətə təqdim etməliyik. AXCP də dəyişməlidir. Orada sədr olacaq layiqli insanlar var. Əli bəy, hərəkat yolu gəlib, məhrumiyyətlər yaşayıb və yaşayır. Amma, bu liderliyi davam etdirmək üçün əsas ola bilməz.

Əgər məhrumiyyətlər yaşamaq lider olmaq üçün, cəmiyyəti inandırmaq və səfərbər etmək üçün kifayət etsəydi, o zaman gərək Lamiyə Quliyevaya liderlik təklif edək. Buna razı ola bilərsinizmi?

Təmiz qəlbli və saf ürəkli cəbhəçilərlə hər zaman bir yerdə olmağı istəmişdim. Onlara baxaraq ürək ağrısı keçirmişdim. Bu gün də belədir. Heç nə dəyişməyib\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists