Siyasət

\”Əli Kərimli dedi ki, sən hakimiyyətə satılmısan…\”

"Əli Kərimli dedi ki, sən hakimiyyətə satılmısan..."Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev fevralın 24-də mətbuat konfransı keçirərək partiyadan ayrılmasının səbəblərini açıqlayıb.

O bildirib ki, AXCP sədri partiyada gəncləşmə siyasəti aparır. Uzun müddət partiyada fəaliyyət göstərən yaşlı insanlar sıxışdırılır, çünki onlar daha çox şey tələb edirlər. Ona görə də gəncləri partiyaya cəlb edirlər: “Bilirsiz, Suraxanı rayon təşkilatının sədri Vaqif bəyi uzaqlaşdırıb, yerinə Bəhruz Həsənlini gətirib. Sonradan isə qərar verib, narazılıq olmasın deyə əvvəlki vəziyyəti bərpa etməyə çalışdılar. Partiyada iclaslarında rəhbərlik tərəfindən daha çox facebook sosial şəbəkəsindəki bəyənmələrin sayı müzakirə edilirdi. Rəyasət Heyətinin bəzi iclasları 4-5 saat davam edirdi və 80 faiz söhbətlər facebookda “like”ların sayılmasına gedirdi. Bir partiya belə xırda işlərlə məşğul olmamalıdır. “Azadlıq” qəzetində rayon təşkilatlarının sədrlərinə yer ayırmırlar. Köhnə cəbhəçilər Əli Kərimlinin dediklərinə məhəl qoymurlar. Yeni gənclər də onun bəlağətli çıxışlarına inanır, onu dəstəkləyir”.

Razi Nurullayev qeyd edib ki, heç vaxt hakimiyyətlə loyal davranmayıb: “Ancaq tutaq ki, bulvarda velosiped sürmüşəm və bu, xoşuma gəlib, sosial şəbəkədə şəkil paylaşmışam. Buna qarşı da aqressiya nümayiş etdirilir. Asəf Quliyev də bu cür məsələlərin qurbanı oldu”.

O, həmçinin bildirib ki, AXCP sədri Əli Kərimli onu evinə çağırıb və sərt müzakirə olub: “Əli Kərimli mənə dedi ki, ”sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var”. O, dedi ki, hətta Amerika və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əıli Kərimliyə məlumat ötürürlər? O, məni azad edəndən sonra Amerika səfirliyinə görüşə gedəcəyini dedi. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu, məni narahat edir. Narahatedici bir faktordur”.

R.Nurullayev onu da vurğulayıb ki, Ə.Kərimli onu həmin söhbətdə təhqir edib: “O, dedi ki, \”sən satılmısan, amma mən sən gedən yolu qayıtmışam\”. Aşağılayıcı tərzdə dedi. Mənim heç bir getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. Amma bu sözü onun özünə qaytardım. Dedi ki, \”Hakimiyyətdə işlədiyim adamlar var. Onlar mənə yazılı məlumat verirlər. Səninlə bağlı məlumatlar alırdım. Sən hakimiyyətə işləyirsən\”. Demək özü hakimiyyətə satılıb. Onun müəyyən maliyyəsi, müəyyən biznes strukturları vasitəsilə hakimiyyətdən verilir. Sanki biznesdən verilir, amma hakimiyyətin içindən gəlir. O, hakimiyyətdə işlədiyi iki nəfərin olduğunu bildirib. Mənə maraqlıdır ki, onun o iki adamı kimdir?”

R.Nurullayev vurğulayıb ki, siyasəti tərk etməyəcək: “Aktiv siyasətdə qalıram. Bunun hansı formada olacağını yaxın günlərdə bəyanatımla bildirəcəm” (musavat.com).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button