Siyasət

Ermənilər Rusiyanın cənubunda yeni “Qarabağ” yaradırlar

Ermənilər, sadəcə, Ermənistanla həmsərhəd olan dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmirlər. Onlar indi gözlərini Rusiyanın cənubuna tikiblər.

Rusiyanın Rostov vilayətindəki Myasnikov rayonunu ermənilər “doğma, əzəli” hesab edirlər.

Rostov şəhərinə bitşik olan bu rayonun sakinlərinin 56,1 faizi ermənilərdir.

Buradakı Çaltır, Krım, Bolşie Salı, Sultan Salı, Nesvetay və s. kəndlərində yaşayan ermənilər həmin yaşayış məntəqələrini öz “tarixi əraziləri” hesab edirlər.

Rayonun girəcəyində, yolun kənarındakı nişan lövhəsində də erməni və rus dillərində “Myasnikov rayonuna xoş gəldiniz” yazılıb.

Yerli ermənilərdən biri video çəkərək sosial şəbəkələrdə də paylaşıb və deyib: “Darıxmayın, yaxınlarda elə lövhələr ermənilərin kompakt yaşadıqları Anapa, Soçi və digər şəhərlərdə də olacaq. Rusiyanın cənubu bizimdir”.

Rostovla yanaşı, ermənilər Krasnodar diyarında çox fəallaşıblar. Krasnodardakı ermənilərin diaspor təşkilatları bu diyarın “qədimlərdə Böyük Ermənistanın bir hissəsi” olması ilə bağlı yazıları sosial şəbəkələrdə paylaşırlar.

Hətta Krasnodarın “Böyük Ermənistan”a daxil olunduğu “xəritə”lər də çap edilib və ermənilərin evlərində divarlara vurulur.

Rusiyanın Stavropol diyarında da eyni vəziyyətdir. Yerli icraedici və qanunverici strukturlarda təmsil olunmuş ermənilərin sayı artdıqca erməni separatizmi daha da güclənib.

Yerli dövlət qurumları ermənilərin separatizminin “şişirtmə” olduğunu deyərək “situasiya tam nəzarət altındadır” söyləsələr də, durum ciddi müdaxilə tələb edir.

Krasnodar, Rostov və Stavropoldakı ermənilər artıq mədəni muxtariyyət tələb edir, yerli diaspor strukturlarının siyasi-ictimai təşkilatlar qismində yenidən qeydiyyata alınmasını tələb edirlər.

Lakin bütün bunlar yerli rusların və xüsusilə də Kuban kazaklarının səbr kasasını doldurur.

Əvvələr ermənilərin belə davranışı kazakların cəza aksiyalarına səbəb olmuşdu.

Məsələn, 2002-ci ilin sentyabrında Slavyansk-Kuban, 2005-ci ilin martında isə Novorossiysk şəhərində kazaklar ermənilərin biznes obyektlərinə, təşkilat ofislərinə və evlərinə hücum çəkmişdilər. Onlarla erməni döyülmüşdü, onların ofisləri qarət olunmuş və dağıdılmışdı.

Rusiyanın cənubuna miqrantlar qismində yollanan və orada məskunlaşan ermənilərin ərazi iddiaları ilə çıxış etmələri indiki intensivlikdə davam edərsə, yeni aksiyalar əsla istisna deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button