Siyasət
Azərbaycana qarşı növbəti təxribat: “Amnesty International” Bakı olimpiadasını boykota çağırdı
Həmişə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” ölkəmizə qarşı daha bir təxribata əl atıb.
Virtualaz.org təşkilatın saytına istinadən bildirir ki, qurum bu ilin yayında Azərbaycanda keçiriləcək Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciət yayıb.
Müraciətdə Azərbaycanda insan haqları və söz azadlığına qarşı basqıların şiddətləndiyi, müxalif düşüncəli insanların təqib olunduğu, hökumət əleyhinə fikir söyləyənlərin uydurma ittihamlarla həbsə atıldığı iddia olunur.
Təşkilat bildirir ki, Avropa ölkələri üçün “bu kimi neqativ halların geniş vüsət aldığı” Azəbaycanda keçirilən Yay Oyunlarını boykot etmək ən doğru yoldur.