Siyasət

Ermənistan hərbçiləri buna cəhd etsələr… – DÜŞMƏNƏ SON XƏBƏRDARLIQ

Erməni mediası ötən gün Azərbaycan hərbçilərinin Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni əsgərlərin qarşısını kəsdiyini yazıb. 

Məlumata görə, Azərbaycan hərbçiləri ermənilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.

Məsələ ilə bağlı redaktor.az-a açıqlama verən hərbi ekspert Əbuzər Əbilov Laçın dəhlizi vasitəsi ilə erməni silahlılarının nə Qarabağa, nə də ətraf rayonlara keçə bilməyəcəyini bildirib:

“Laçın dəhlizinə nəzarət edən Azərbaycan Ordusu dəhlizdən keçməyə cəhd edən erməni qüvvələrinin qarşısını alır. Artıq onlar bölgədə istədikləri kimi davrana bilməyəcək. Həmçinin, dəhliz vasitəsi ilə Qarabağa gələn mülkü şəxslər də yoxlanılacaq. Gələcəkdə Azərbaycan Sərhəd Qoşunları, Dövlət Təhlükəsizlik Xidməti və digər aidiyyəti qurumlar bu məsləyə daha geniş şəkildə nəzarət edəcək. Heç bir erməni icazəmiz olmadan Azərbaycan ərazisinə daxil ola bilməyəcək. Xüsusilə Ermənistan əsgərləri və qondarma rejimin terrorçu qüvvələrinin əraziyə girişinə heç bir halda icazə verilmir, bundan sonra da verilməyəcək. Əgər onlar hər hansısa bir təxribata əl atarlarsa, qanunun ortaya qoyduğu qaydalar əsasında ya həbs olunacaqlar, ya da məhv ediləcəklər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button