Human Rights Watch-dan iqtidara çağırış
\”Azərbaycan hökuməti Avropa Oyunlarının başlamasına 100 gün qalmış ictimai fəalları və jurnalistləri azad etməlidir\”
Azərbaycan hökuməti Avropa Oyunlarının başlamasına 100 gün qalmış ictimai fəalları və jurnalistləri azad etməlidir. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.
“Hökumətin jurnalistlərə, hüquq müdafiəçiləri və fəallara hücumları mətbuat azadlığının və insan ləyaqəti haqqında Olimpiya Xartiyasının ruhuna və prinsiplərinə çağırışdır” , – HRW Avropa və Mərkəzi Asiya üzrə direktoru Jeyn Byukenen bildirib.
Bəyanatda deyilir ki, Avropalı liderlər Bakını xəbərdar etməlidirlər ki, həbs olunanlar azad edilməyənə qədər onlar açılış mərasımınə yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcəklər.
Həmçinin HRW son zamanlar həbs olunan hüquq müdafiəçiləri və jurnalistlərin həbslərinin xronologiyasını fotoslayd şəklində paylaşıb (\”Amerikanın səsi\”).