Siyasət

“Ya Türkiyə və Azərbaycanla anlaşacağıq, ya da çamadanlarımızı yığıb…” – Erməni siyasətçi

“Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Əks halda çamadanlarımızı yığıb hansısa bir yerə köçəsi olacağıq”.

Savash.org xəbər verir ki, bu barədə  “Vestnik Kavkaza” portalında Ermənistanın ilk prezidentinin müşaviri, 1991-1997-ci illərdə Qarabağa dair danışıqlar aparmış erməni diplomatiyasının veteranı Jirayr Liparityanın açıqlaması dərc olunub.

Onun fikrincə, Ermənistan öz qonşularına indiki kimi düşmən qismində deyil, fərqli baxan bir hökumətə sahib olmalıdır.

“Ermənistan hamı ilə münasibətləri qaydaya salmalıdır, çünki yekun etibarilə bu, təhlükəsizliyin təminatıdır. Mövcud əhval-ruhiyyəyə qalsa, nifrət və qorxu hissi hakim olacaq. Əgər bu iki aparıcı emosiya dərindən analiz edilməsə, o zaman hər iki hiss Ermənistanın strategiyasının əsasını təşkil edəcək. Hazırda qorxu erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır”, – deyə o qeyd edib.

Sabiq diplomatın sözlərinə görə, qonşularla münasibətlər qurmaq, birbaşa Azərbaycan və Türkiyə ilə danışmaq, qonşuları başa düşməyi öyrənmək və onların nəyə “yox” cavabı verdiklərini dərk eləmək lazımdır. Liparityan hesab edir ki, bu, düşmənlə deyil, qonşunuzla ünsiyyət qurduğunuza, onun problemlərini başa düşdüyünüzə inam yaradacaq.

Bu yerdə o, 1988-ci ildə daşnak liderlərindən birinin sitatını xatırladıb: ““Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı qıracaq”. Ancaq belə vəziyyətdə Ermənistan heç vaxt müstəqil ola bilməz. Ya onlarla ünsiyyət qurmağın yolunu tapacaqsınız, ya da öz çamandanlarınızı yığıb başqa bir yerə getməlisiniz”, – deyə, Jirayr Liparityan əminliklə vurğulayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button