Siyasət
Azərbaycan,Türkiyə və Pakistan mühüm görüş keçirir: Nazirimiz Pakistandadır

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə yola düşüb.
Savash.org -un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb. Səfər çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək.