Siyasət

Müdafiə Nazirliyindən Qarabğla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Xeyli sayda… – VİDEO

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.

Savash.org-a bu barədəMüdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş susrsatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Bu günədək xeyli sayda minalar və partlamamış döyüş susrsatları ərazilərdən toplanıb.

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button