Siyasət

Erməni rəsmilərin Xankəndiyə tükənməyən səfərləri: “Azərbaycanla Türkiyə Laçın dəhlizi ilə bağlı…”

“Ermənistan Hərbi prokuroru Xankəndiyə gələrək Rusiya sülhməramlı qüvvələrinin buradakı hərbi prokuroru ilə görüşüb. Ermənistan Hərbi prokurorunun Azərbaycan ərazisinə gəlməsi, birbaşa Rusiya sülhməramlı qüvvələrinin növbəti provakasiyaya şərait yaratmasıdır”.

Savash.org xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

O, ermənilərin Xankəniyə səfərlərinin qarşısının tez zamanda alınmasının vacibliyini vurğulayıb.

“Ermənistana Xankəndiyə səfərlərin təşkil edilməsinə qəti icazə vermək olmaz. Rusiya bunun öhdəsindən gələ bilmirsə, Azərbaycan Laçın dəhlizində post qurmalıdır. Azərbaycan Laçın Dəhlizinə nəzarəti Rusiya sülhməramlı qüvvələrinin təktərəfli nəzarətinə ona görə verməyib ki, buradan Ermənistanın rəsmilərinin Azərbaycan ərazisinə sərbəst giriş-çıxışına icazə versin. Bu səfərlər ya Azərbaycanla razılaşdırılıbsa, XİN bu barədə məlumat verməlidir. Əgər, bu səfərlər qanunsuzdursa, Azərbaycan hərbiçiləri Rusiya sülhməramlı qüvvələri ilə birgə Laçın Dəhlizində birgə postda dayanması üçün Rusiya ilə danışıqlar aparılmalıdır. Azərbaycan bunu qəti şəkildə tələb etməlidir”.

Politoloq Xudavəng monastrı ətrafında yaranmış vəziyyətlə Laçın Dəhlizindəki durumu müqayisə edib:

“Xudavəng monastırına gələn ermənilər necə ki, Azərbaycan postundan keçir, narahat olmurlar. Məhz Laçın Dəhlizindən də Azərbaycan postundan keçəndə narahat olmayacaqlar. Sadəcə, Rusiya burada narahatdır. İki toplum arasında sədd çəkir və düşmənçilyin davam etdirilməsində maraqlıdır”.

M.Əsədullazadə Laçın dəhlizi ilə bağlı Azərbaycanla Türkiyənin bir mexanizm hazırlamalı olduqlarını qeyd edib:

“Azərbaycan yaxın perspektivdə bu kimi səfərlərin qarşısını alacağını istisna etmirəm. Artıq Türkiyədə Rusiyanın Qarabağda sülhməramlı missiyasından narahatlığını dilə gətirir. Azərbaycanla Türkiyə Laçın dəhlizi ilə bağlı bir mexanizm işləyib hazırlamalı, Rusiyanın bu təklifi qəbul etməsinə nail olmalıdırlar”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button