Siyasət

“Düyməyə basmağa təzə öyrənmişəm” – Deputatla spiker arasında söz atışması

Milli Məclisin bu gün keçirilən plenar iclasında qalmaqal yaşanıb. 

Savash.org xəbər verir ki, deputat Anar İsgəndərov iclasda çıxış etmək istəsə də, ona söz verilməyib. Bu, deputatın etirazı ilə qarşılanıb. 

Anar İsgəndərov bildirib ki, çıxış üçün elektron düyməyə basmağı hələ təzə öyrənib. 

“Eləsi var ki, beş dəfə danışır. Bizə çatanda isə danışmaq olmur. Bura ziyalı məclisidir”, deyə deputat qeyd edib.

Milli Məclisin spikeri Sahibə Qafarova Anar İsgəndərovun iradını cavabsız qoymayıb. 

“Buranın ziyalı məclisi olduğunu bilirəm. Mənə bunu öyrətməyə gərək yoxdur. Mən hər bir kəsə çıxış üçün söz verirəm. Hətta mənə irad tuturlar ki, niyə hamıya söz verirsiniz?! Yazılırlar, mən də söz verirəm”, deyə spiker bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button