Siyasət

Həmsədrlərin gələcək fəaliyyəti ilə bağlı Rusiyadan RƏSMİ MÖVQE

ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti davam etdirilməlidir.

Savash.org-un məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin baza prinsiplərinin hazırlanmasına vacib töhfə verib və bu prinsiplərin əksəriyyəti 2020-ci il 9 noyabr bəyanatında əksini tapıb:

“İndi ATƏT Minsk qrupu və onun həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsi məsələlərində fəallıq nümayiş etdirə bilər. Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı regiondakı vəziyyətin sağlamlaşdırılmasına və siyasi müstəvidə növbəti addımların atılması üçün şərtlərin yaradılmasına xidmət edəcək”. (Trend)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button