Siyasət

Ayvazyan bu gün Moskvada Lavrovla görüşəcək

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskvaya səfər edib.

Savash.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə əsas iki məsələ gündəlikdə olacaq. Belə ki, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatlarının reallaşdırılmasını və erməni hərbi əsirlərin geri qaytarılmasını müzakirə edəcəklər.

A. Naqdalyan qeyd edib ki, nazirlər regional kommunikasiya və nəqliyyat xətlərinin bərpası barədə də fikir mübadiləsi aparacaqlar. (APA)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button