Siyasət
AXCP sədri ABŞ-ın səfir əvəzi ilə görüşdü
AXCP sədri Əli Kərimli dekabrın 3-də ABŞ-ın ölkəmizdəki səfir əvəzi, müvəqqəti işlər vəkili Derek Hoqanla görüşüb. AXCP-dən verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqları və demokratiyanın durumu, eləcə də siyasi məhbuslarla bağlı vəziyyət müzakirə olunub.