Siyasət

“Paşinyan səriştəsizliyini ört-basdır etmək üçün həyasızlıq edir” – Rusiyalı hərbi ekspert

“Qarabağ müharibəsi zamanı “İsgəndər” raketləri Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən Azərbaycandakı hədəflərə atılıb”.

Savash.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Viktor Litovkin deyib.

O qeyd edib ki, Azərbaycanın hədəflərinə Ermənistandan “İsgəndər” raketlərinin atılması İrəvanla müttəfiq olan Rusiya ilə Azərbaycan, o cümlədən Türkiyə arasında müharibəyə səbəb ola bilərdi.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” raketlərinin səmərəsizliyi ilə bağlı açıqlamasına münasibət bildirən ekspert hesab edir ki, bu, 2020-ci ilin payızında baş verən müharibədə bir dövlət rəhbəri olaraq Paşinyanın Dağlıq Qarabağın müdafiəsində şəxsi uğursuzluğunu və ya səriştəsizliyini ört-basdır etmək üçün həyasız cəhdidir.

Bundan əlavə, hərbi ekspert “İsgəndər” raketlərinin etibarlı silah olduğunu, ancaq onun döyüşə hazır vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb: “Ehtimal ki, döyüşə hazır vəziyyətdə saxlanılmayıb. Qarışıqlıq, Ermənistan Silahlı Qüvvələrində xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisaslı olmaları əminliklə deməyə əsas verir ki, “İsgəndər” komplekslərini anbarlarda toz basıb, onlara lazımi texniki və reqlamentə uyğun xidmət göstərilməyib. “İsgəndər”lərin döyüşdə istifadəsi üçün təlimlər keçirilməyib və ya həmin təlimlər etinasızlıqla aparılıb”. (APA)

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan yerli televiziya kanalına müsahibəsində keçmiş prezident Serj Sarqsyanın Qarabağ müharibəsinin ilk günlərində Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməməsi ilə bağlı ittihamlarına cavabında həmin raketlərindən istifadə olunduğunu, lakin onların əksəriyyətinin yararsız çıxdığını və partlamadığını bildirib. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button