Siyasət

Ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT – Həyasızlığın SON HƏDDİ

“Azərbaycanın nəzarətində olan “Artsax” əraziləri” Bakı tərəfindən işğal edilib”

Savash.org xəbər verir ki, belə təxribatçı bəyanatla Qarabağ ermənilərinin qondarma milli məclisi açıqlama yayıb.

Həmin bəyanatda bildirilir ki, “Artsax Respublikası”nın Milli Məclisi 2 sentyabr 1991-ci ildə SSRİ qanunvericiliyi və beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağın müstəqilliyinin elan olunduğunu bir daha təsdiqləyir.

Deyəsən, ermənilərə “Dəmir yumruq” əməliyyatı dərs olmayıb. Əslində, bu, rus sülhməramlılarının regionda öz missiyasını tam yetirməməsindən irəli gəlir.

Həmin bəyanat açıq-aşkar Azərbaycanı yeni hərbi əməliyyatlara təşviq edir. Bəyanata görə, erməni millətçiləri hesab edir ki, 1992-2020-ci illərdə regional sabitliyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini təmin etmək məqsədi ilə danışıqlarda Qarabağın erməni icması münaqişənin tərəfi kimi iştirak edib.

ATƏT-in Minsk Qrupu çərçivəsində müxtəlif formatlı danışıqlarda Qarabağın erməni icmasının tərəf kimi iştirak etməsi barədə qondarma qurumun bu açıqlaması ağ yalandır. Görünən odur ki, erməni icmasının “başbilənləri” suyu bulandırmaqla kimlərinsə dəryada balıq tutmaq sevdasını gerçəkləşdirmək niyyətindədirlər.

Ermənilərin həyasızlığı gör hansı həddə çatıb ki, qondarma qurumun qondarma “Milli Məclisi” Azərbaycan torpaqlarının Ordumuz tərəfindən işğal olunduğunu elan edir.

Sözün bitdiyi an!

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button