Siyasət

Putinin Qarabağ şərti açılır

Putinin Qarabağ şərti açılırEdvard Nalbandyan münaqişə ilə bağlı Moskvaya çağırılıb. Ermənistan xarici işlər naziri Edvard Nalbandayanın Moskvaya səfəri çərçivəsində aprelin 8-də Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək. Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə gerçəkləşdiriləcək səfər barədə qərar Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin İrəvan səfəri çərçivəsində verilib.

Bir sıra ekspertlərin proqnozlarına görə, səfər çərçivəsində Ermənistandan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması tələb ediləcək. İrəvan həmçinin Rusiya qoşunlarının BMT sülhməramlıları kimi regiona yerləşdirilməsinə razılıq verməlidir.

Bu, Kremlə imkan verəcək ki, Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ukrayna cəbhəsinə paralel cəbhə açılmaqdan xilas ediləcək. Rusiya həmçinin Dağlıq Qarabağın qaytarılması şərti ilə Azərbaycanı da Avrasiya İttifaqına qaytarılması imkanı əldə edəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button