Siyasət

“Əlbəttə ki, Rusiyanın böyük dostudur, amma…” – Peskov

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın dostudur, onun siyasətə qayıdışı və hədəfləri ilə bağlı istəklərini Prezident Vladimir Putinlə əlaqələndirmək absurddur”.

Savash.org xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya prezidenti ilə əlaqələndirməyə ehtiyacları yoxdur. Bu, məsələnin tamamilə absurd ifadəsidir. Robert Sedrakoviçin özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Rusiya Federasiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. O, ölkəsinin inkişafı üçün çox səy göstərən bir insandır və ümumilikdə qeyd etməkdən məmnunuq ki, erməni siyasətçilərinin böyük əksəriyyəti ölkəmizlə, Rusiya ilə əlaqələrin daha da gücləndirilməsinin tərəfdarıdır. Bu, bizim üçün əsas amildir”, – Peskov qeyd edib.

O, Baş nazir Nikol Paşinyanın da bu siyasətçilərə aid olduğunu bildirib:

“Biz onun müvafiq açıqlamalarını rəhbər tuturuq. Bilirsiniz ki, onunla Rusiya prezidenti arasında çox fəal bir dialoq gedir. Bilirsiniz ki, Qarabağda müharibəyə son qoyan üçtərəfli sənədin imzalanmasından əvvəl nə qədər zəhmət çəkdi. Buna görə bu münasibətlər, həqiqətən də çox dəyərlidir”.

Bundan əvvəl, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən ölkədəki ən yüksək vəzifəni tutmağa hazır olduğunu bildirmişdi. /Teleqraf

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button