Siyasət

YAP-dan və sabiq müşavirdən Abbas Abbasov haqda ağır sözlər

YAP-dan və sabiq müşavirdən Abbas Abbasov haqda ağır sözlər
Aydın Mirzəzadə: ““AzerRos” Abbas Abbasovun təsirindən azad olmağa çalışır”; Qabil Hüseynli: “O, üzdə bir, arxada isə tamam başqa adam olub”

Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti – “AzerRos” ətrafında vəziyyət gərgin olaraq qalır. Rusiyanın siyasi dairələrində, hüquq-mühafizə orqanlarında mühüm dəstəyə və himayəyə malik olan Abbas Abbasov fevralın 20-də alternativ qurultay keçirərək “AzerRos”u parçalayıb. Ötən həftə isə Azərbaycan diasporunun üzdə olan tanınmışları və fəalları Abbas Abbasovun əməlləri ilə bağlı Vladimir Putinə və Azərbaycan prezidenti İlham Əliyevə şikayət ünvanlayaraq kömək istəyib.

Yeni Azərbaycan Partiyası icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “AzerRos”da baş verənlərlə bağlı danışıb. SİA-ya açıqlama verən deputatın sözlərinə görə, təşkilat müxtəlif dövrlərdə müxtəlif mövqe olub: “Abbas Abbasov Azərbaycanda baş nazirin birinci müavini vəzifəsindən azad ediləndən sonra daimi yaşayış yeri kimi Moskvaya getdi və qısa zamanda həmin təşkilatın Ağsaqqallar Şurasının sədri oldu. Onun həmin təşkilata rəhbərlik etdiyi dövrdə ”AzerRos\”da ziddiyyətlər daha da gərginləşdi. Sonda isə təşkilat bir neçə qrupa parçalandı. Təşkilatda gedən son proseslər göstərir ki, artıq təşkilat ümumiyyətlə sərbəst fəaliyyət göstərməyə və Abbas Abbasovun təsirindən azad olmağa çalışır. Görünür, təşkilatda onu yaxşı tanıyırlar və özlərini bu adla bağlamaq istəmirlər.

Arzu olunandır ki, Azərbaycandan kənarda fəaliyyət göstərən diaspor təşkilatları kiminsə təsirində deyil, əskinə, özləri müstəqil fəaliyyət göstərsinlər. Həm diaspor nümayəndələrini birləşdirərək Azərbaycanın milli-mənəvi dəyərlərdən qorunmasına, Vətənlə əlaqələrin möhkəmlənməsinə çalışsınlar və eyni zamanda öz ölkələrinin layiqli vətəndaşları olsunlar\”.

“AzerRos” üzvlərinin prezident İlham Əliyevə ünvanladığı müraciətə münasibət bildirən (azvizion.az) Qabil Hüseynli hesab edir ki, şikayətlər heç də təsadüf deyil. Keçmiş dövlət müşavirinin fikrincə, Abbas Abbasov Rusiyadakı bəzi dairələrin əlində siyasi alətə çevrilib: “Abbas Abbasov Azərbaycanda prezident seçkiləri ərəfəsində ”Milyarderlər İttifaqı\”nı yaratmağa cəhd etdi. Bu isə Azərbaycanda hakimiyyət dəyişikliyi üçün edilən cəhdlərdən biri idi. Bu cəhd Rusiyanın xeyir-duası ilə edilirdi. Abbas Abbasov 70-ə yaxın yaşının olmasına baxmayaraq, siyasi ambisiyalarından əl çəkmir. O, hələ də söz sahibi olmaq və mövqe tutmaq niyyətindədir.

Abbas Abbasov öz niyyətinə çatmaq üçün Rusiyadakı müəyyən dairələrin dəstəyindən də istifadə etməyə çalışır. Bu məsələdə xüsusilə Dağıstanın Dövlət Şurasının sədri Ramazan Abdulatipov ona köməklik göstərir. Bu işdə rəsmi Kremldə müəyyən dairələrin əlinin olması da mümkündür\”.

Politoloq hesab edir ki, Abbas Abbasov Azərbaycanla bağlı məkrli niyyətlərini gizlətmir və onun siyasi hakimiyyətə qarşı münasibəti loyal olmayıb:

“Abbas Abbasov Azərbaycanda bir daşı bir daşın üstünə qoymuş adam deyil. O, həyatının çox hissəsini Özbəkistanda keçirib. Mən onunla bir yerdə işləmişəm. Bütün hərəkətlərini də izləmək imkanına malik olmuşam. Belə hesab edirəm ki, Abbas Abbasov heç vaxt Azərbaycan siyasi hakimiyyətinə və Heydər Əliyevə qarşı loyal münasibətdə olmayıb. Onun münasibətlərinin hamısı üzdə olub. Arxada isə tamam başqa adam olub.

Abbas Abbasov bildirir ki, o, Heydər Əliyev yolunu davam etdirir. Əslində o, bu addımı ilə Heydər Əliyevə, Azərbaycan hakimiyyətinə xəyanət edib. Onun ağlı-kamalı başında olsaydı və Azərbaycana hörmət bəsləyirdisə, vaxtında bura gələrdi. Azərbaycan dövləti onun üçün pensiya ayırıb. Pensiyasını alıb yaşayardı. O, Azərbaycandan lazımından da artıq yararlanmış bir adamdır. Onun bu dövlətin əlehinə çıxmağa heç bir mənəvi haqqı yoxdur”.

Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov da aznew.az-a açıqlamasında baş verənlərlə bağlı çox narahat olduqlarını deyib: “Bu kimi mövzular həm Abbas müəllimə olan münasibəti, həm də ki, illərdir ki, onun göstərdiyi səyləri və fəaliyyəti dəyişmir”.

“Yeni Müsavat”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button