Siyasət

Ermənistan Dağlıq Qarabağın inkişafına pul ayırdı – ŞOK QƏRAR

Dağlıq Qarabağda mənzil tikintisi və zəruri infrastruktur proqramı üçün 110 milyard dram ayrılmasına qərar verilib.

“SAVAŞ” erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu İrəvanda keçirilən Ermənistan və Qarabağ Təhlükəsizlik Şuralarının birgə iclasında bəyan edib.

Onun sözlərinə görə, 58 milyard dram “Hayastan” Ümumerməni Fondu tərəfindən, 52 milyard dram isə Ermənistan hökuməti tərəfindən ayrılacaq.

Paşinyan qeyd edib ki, Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf proqramları həyata keçiriləcək, həmçinin gələcəyə və təhlükəsizlik sahəsinə dair strateji baxışlar müzakirə olunacaq. /Konkret.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button